"Sumqayıt" müqaviləsi başa çatan əcnəbilərdən Nikola Ninkoviçlə bərabər Ronaldo Vaskezlə də yolları davam etdirmək istəyir.
Bu səbəbdən "kimyaçılar" 27 yaşlı futbolçu ilə danışıqlar aparır.
Yeni baş məşqçi Filipe Kandido adıçəkilənlərin qalmasına razılıq verib.
İndi qalır gəlmələrlə dil tapmaq.
Orta sahə oyunçusu 2025-ci ildən "Sumqayıt"da çıxış edir.
Dominikan millisinin yarımmüdafiəçisi arxada qalan müddətdə 46 oyunda meydana çıxıb.
10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

