Bu ilin may ayında “Sumqayıt”dan ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, madaqaskarlı hücumçu İndoneziya təmsilçisi “Persita”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ötən mövsüm “Sumqayıt”la 34 oyunda 12 qol vurub.
Ramalinqom daha əvvəl Azərbaycanda “Səbail”də də çıxış edib.

