Əcnəbi klublar 150 min dollara görə millimizin yarımmüdafiəçisindən İMTİNA ETDİ

20:40 Sumqayıt 207
Əcnəbi klublar 150 min dollara görə millimizin yarımmüdafiəçisindən İMTİNA ETDİ

Səbuhi Abdullazadə yeni mövsümdə də "Sumqayıt"ın şərəfini qoruyacaq.

Əslində klub kapitanla yolları ayırmaqda maraqlı idi.

Hətta onun üçün 150 min dollar təzminat haqqı da müəyyən olunmuşdu.

Bir neçə xarici klubdan yarımmüdafiəçiyə maraq olub.

Amma heç biri göstərilən məbləği ödəmək istəməyib.

Gələn təkliflər Abdullazadənin özünün də ürəyincə olmayıb.

Belədə orta sahə oyunçusunun "kimyaçılar"da qalacağı böyük ölçüdə dəqiqləşib.

24 yaşlı futbolçu "Sumqayıt"ın yetirməsidir.

Burada meydana çıxdığı 205 qarşılaşmada 9 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün aşağı yaş millilərimizdə oynamış Səbuhi əsas yığmada da 8 görüşdə meydana olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti