Premyer Liqa klubu "Partizan"ın sabiq kapitanı üçün HƏRƏKƏTƏ KEÇDİ

21:00 Sumqayıt 309
Premyer Liqa klubu "Partizan"ın sabiq kapitanı üçün HƏRƏKƏTƏ KEÇDİ

"Sumqayıt" Nikola Ninkoviçlə danışıqlar aparır.

Klub 31 yaşlı legionerin xidmətində maraqlıdır.

Düzdü, mövsüm başa çatandan sonra serbiyalı yarımmüdafiəçi ölkəmizdə ayrılıb.

O, karyerasını vətənində davam etdirmək istəyir.

Xüsusilə də Saşa İliçin baş məşqçi postundan gedişindən sonra orta sahə oyunçusu burada qalmaqda maraqlı deyil.

Amma buradakı performansından razı qalan "kimyaçılar" onu fikrindən daşındırmaq istəyir.

Serbiya nəhəngi "Partizan"ın sabiq kapitanı "Sumqayıt" formasında keçirdiyi 35 oyunda 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Ninkoviç "Partizan"dan başqa "Empoli", "Genoa", "Askoli, "Kievo" kimi İtaliya klublarında forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti