"Sumqayıt" yeni mövsümün hazırlıqlarına start verib.
Toplanışın ilk mərhələsi Sumqayıtda, ikinci hissəsi isə Qəbələdə baş tutacaq.
İndi hər kəsi düşündürən sual isə başqadır.
Baş məşqçi Saşa İliç mövsüm başa çatandan sonra klubdan ayrılıb.
Yeni baş məşqçi isə hələ də məlum deyil.
Belədə bəs kollektivi kim məşqlərə çıxarır?
Cavab bizə məlumdur.
Boş qalan posta təyinat olana kimi bu vəzifə Vurğun Hüseynov və Şahin Abdullayevə həvalə olunub.
İkili komandanın hazırlığına nəzarət edir.
Hər iki mütəxəssis uzun müddətdir klubdadır, yadda adamlar deyil.
Ən son İliçin məşqçilər korpusunda yer alıblar.
XANOĞLAN / SPORTİNFO.AZ

