Azərbaycan klubu kapitanına 150 min dollar QİYMƏT QOYDU!

3 İyul 20:00 Sumqayıt 1 425
Azərbaycan klubu kapitanına 150 min dollar QİYMƏT QOYDU!

«Sumqayıt» kapitanı Səbuhi Abdullazadənin transfer qiymətini müəyyənləşdirib.

«Gənclik şəhəri» təmsilçisi yarımmüdafiəçini 150 min dollara satmağa hazırdır.

«Kimyaçılar» onunla maraqlandıran yerli və xarici klubları bu barədə məlumatlandırıb. Bildirilib ki, göstərilən rəqəm minimal qiymətdir, ondan aşağı güxəşt olmayacaq.

Səbuhi «Sumqayıt»ın yetirməsidir. Akademiyada yetişən orta sahə oyunçusunun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Ayxan Abbasovun milliyə də çağırdığı yarımmüdafiəçinin aylıq maaşı 15 min manatdır. Hazırda komandada ondan ödənişli oyunçu yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti