Dörd klubda baş məşqçi işlədi, bu gün də direktor vəzifəsinə əyləşdi

2 İyul 13:20 Sumqayıt 764
Dörd klubda baş məşqçi işlədi, bu gün də direktor vəzifəsinə əyləşdi

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Direktor vəzifəsi Adil Şükürova həvalə olunub.

48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb.

Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.

Digər Xəbərlər
Xəbər Lenti