Üç dəfə aşağı maaşa Premyer Liqanı aşağı liqa klubuna dəyişdi

19:00 Sumqayıt 274
Üç dəfə aşağı maaşa Premyer Liqanı aşağı liqa klubuna dəyişdi

Yeni mövsümə iddialı heyət yığan "Səbail"in ilk transferi son mövsümü "Sumqayıt"da keçirmiş Mehdi Cənnətov oldu.

Azərbaycan millisinin sabiq kiperinin Premyer Liqanı Birinci Liqaya dəyişməsi hamını təəccübləndirdi.

34 yaşlı qapıçının zəngin elita təcrübəsi var.

Ölkənin bir nömrəli komandasında 5 matça çıxıb.

Başa çatan mövsüm 21 görüşdə meydanda olub.

Yəni formasından heç də uzaqda deyil.

Ən azı daha bir mövsüm yüksək liqada çıxış edə bilərdi.

Belə vəziyyətdə Premyer Liqanı aşağı liqaya dəyişməyin arxasında bir səbəb dura bilər - yüksək əməkhaqqı.

Amma Bayıl klubundan əldə etdiyimiz məlumata görə, Cənnətov burada elə də yüksək maaş almayacaq.

"Anji"nin yetirməsinin illik qazancı cəmi 40 min manat olacaq.

Maraq üçün bildirək ki, Mehdi ən son "Sumqayıt"da bundan 3 dəfə artıq pula oynayırdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti