"Neftçi"dən ayrılan legioner Azərbaycan klubundan təklif aldı

1 İyul 21:00 Sumqayıt 2 656
"Neftçi"dən ayrılan legioner Azərbaycan klubundan təklif aldı

"Neftçi"dən ayrılan Cordan Rezabala karyerasını ölkəmizdə davam etdirə bilər.

Sabiq komandası "Sumqayıt" ona elçi düşüb.

Başqa təklifləri də olan 26 yaşlı yarımmüdafiəçi "kimyaçılar"a gözləməyi məsləhət görüb.

Orta sahə oyunçusu ailəsinə görə vətəninə qayıtmaq istəyir.

Bu səbəbdən ilk olaraq ölkəsindən aldığı təklifləri dəyərləndirəcək.

Alınmazsa, ikinci dəfə Sumqayıtın yolunu tutmağa hazırdır.

Ekvadorlu legioner son mövsüm "Neftçi"nin heyətində meydana çıxdığı 26 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Cənubi amerikalı 2024/25 mövsümünü "Sumqayıt"da keçirib. "Kimyaçılar"ın formasında meydana çıxdığı 30 qarşılaşmada adına 5 qol, 4 asist yazdırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!