Baş məşqçi postundan ayrıldı, direktor vəzifəsinə dəvət aldı

30 İyun 09:40 Sumqayıt 1 098
Baş məşqçi postundan ayrıldı, direktor vəzifəsinə dəvət aldı

Yaxınlarda «Səbail»dən ayrılan Adil Şükürov yeni iş təklifi alıb.

Ona dəvət «Sumqayıt»dan gəlib.

Amma baş məşqçi postuna yox. «Kimyaçılar» vaxtilə Premyer Liqada «Zirə» və «Kəpəz»i çalışdırmış mütəxəssisə akademiyada fəaliyyət göstərməyi məsləhət görüb.

Hazırda boş olan direktor postu onu gözləyir. Şərtlərlə razılaşarsa, iyuldan etibarən uşaq futbolunun başına keçəcək.

Ötən 8 ildə bu sahəyə Hakan Sünal cavabdehlik daşıyıb. 2018-ci ildə Almaniyadan dəvət olunan türkiyəli mütəxəssis bir neçə gün əvvəl buradan ayrılıb.

Ölkəmizə gələnədək Frankfurt «Ayntraxt»ında işləmiş Sünalın gedişi sırf maliyyə tələbləriylə bağlıdır. Tərəflər arasında fikir ayrılığ bu yöndə yarandığından, müqavilənin müddəti uzadılmayıb.

Uşaq futbolu Şükürova doğma sahədir. Bir zamanlar «Bakı»nın akademiyasında külüng vurub, eyni zamanda, U-17 yığmasının sükanı arxasında dayanıb.

Habelə yaxınlara kimi «Ulduz»un futbol məktəbində əmək sərf edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM