"Sumqayıt" Futbol Akademiyasının sabiq direktoru, almaniyalı mütəxəssis Hakan Sünal yenidən ölkəmizdə çalışa bilər.
Əcnəbi mütəxəssis bir neçə klubdan təklif alıb.
Amma yekun qərarını verməyib.
Yeni mövsümün başlamasında az müddət qalmır.
Almaniyaya qayıtmaq variantları olan Hakan Sünal bu səbəbdən qərar verməyə tələsmir.
2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.
Klub bir neçə gün əvvəl 45 yaşlı mütəxəssislə yeni anlaşma əldə olunmadığını ictimaiyyətə açıqlayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

