İlkin Fikrətoğlu - Böyük şəhərə yaraşmayan hadisə - VİDEO

19:40 Sumqayıt 171
İlkin Fikrətoğlu - Böyük şəhərə yaraşmayan hadisə - VİDEO

Premyer Liqanın yeddinçisi “Sumqayıt” özünün növbəti “yolaverdi” mövsümünü keçirdi.

Halbuki ikinci “altılıq”da yer alanlar arasında ən böyük büdcə məhz “Sumqayıt”da idi.

Özünü “böyük şəhərin tək komandası” adlandıran bu klub hələ ki, o böyük şəhərə, Azərbaycan futboluna neçə-neçə tanınmış oyunçular bəxş etmiş Sumqayıta layiq nəricələr göstərmir.

Klub rəhbərliyinin bu mövsüm üçün etdikləri də istənilən nəticəni vermədi. Ötən yay baş məşqçi postuna gətirilən serbiyalı Saşa İliç mövsüm bitincə, yola salındı.

Hərcənd “Sumqayıt” mövsümün startında daha yaxşı perspektiv vəd edirdi. Komanda yalnız 3 rəqibindən az qol vurub, məhsuldarlıqda özündən üst sıralarda qərarlaşan “Turan Tovuz”, “Zirə” və “Araz Naxçıvan”ı qabaqlayır.

Gəl ki, vurduqlarından çox qol buraxmaları komandanı ikinci “altılığ”a atdı. İlk 4 turda 10 xal toplayan İliçin “Sumqayıt”ı hətta “Qarabağ”ı səfərdə məğlub edərək, liderlər qrupunda yer almışdı.

Növbəti 3 turda qazanılan 1 xal “Sumqayıt”ı geriyə atdı. Bundan sonra enişli-yoxuşu qrafik cızmağa başladılar.

Gah ardıcıl qələbələr. gah da bir necə oyun xalsızlıq. Qış fasiləsinə 27 xalla 4-cü sırada yollanan “Sumqayıt”ın başına nə gəldisə, 2026-cı il başlayanda gəldi.

Yanvardan aprelin 19-dək 4 ayda yalnız “Karvan Yevlax”a qalib gələn komanda avrokubok zonasından uzaqlaşmağa başladı. Saşa İliç isə böhran vəziyyətinin məşqçisi deyilmiş.

Əksinə, serb mütəxəssislə oyunçular arasında dava-dalaş həddinə çatan münaqişələrin baş verməsi xəbərləri yayıldı. O, kapitan Səbuhi Abdullazadə haqda hətta media qarşısında kəskin fikirlər söylədi.

Ukraynalı Beskorovaynı ilə qalmaqal isə bundan da böyük əks-səda doğurdu.

Artıq mövsüm bitməmiş İliçin göndəriləcəyi şübhə doğurmurdu və o qərar verildi: İliçin gedişi ərəfəsində dedikləri isə bəlkə klub prezidenti Riad Rəfiyevi düşündürəcək:

“Hazırki futbolçuların pis olduğunu deməzdim, amma reallıqlar var. Səviyyəli komanda olmaq üçün səhvlər minimuma enməlidir. Bəzi məsələlər həll olunsa, “Sumqayıt” avrokuboklaar vəsiqə qazanar. Komandada dəyişikliyıə ehtiyac var” - sitatın sonu.

Klubun rəhbəri də belə fikirləşirmiş. Artıq bir necı gündür mediada ucdantutma “Sumqayıt”dan ayrılan oyunçular haqqında xəbərlər çıxır.

10 qolla bu mövsüm “Sumqayıt”ın bombardiri olan Aleksandar Ramalinqom da şəhəri tərk etdi.

Yazılanlara inansaq, heyət böyük ölcüdə yenilənəcək, klub daha səviyyəli legionerlərin transferi ilə yeni mövsüm üçün iddialılardan olacaq.

Düzdür, hər yay eşitdiyimiz söhbətdir, bəlkə bu dəfə işə ciddi yanaşma oldu.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti