Xarici baş məşqçi Azərbaycan klubunu “izləməyə” başladı

21:40 Sumqayıt 403
Xarici baş məşqçi Azərbaycan klubunu “izləməyə” başladı

Mayın sonunda «İmişli» ilə müqaviləsi bitən Jorj Kaşkilyanın ürəyi «Sumqayıt»dadır. Baş məşqçi artıq sosial şəbəkə hesablarında «kimyaçılar»ı izləməyə başlayıb. Portuqaliyalı mütəxəssis «gənclik şəhəri» təmsilçisinə məxsus rəsmi səhifələri bəyəndiyini işarələyib. Bu da düşünməyə əsas verir ki, adıçəkilən çalışdırıcının ürəyi yenə Azərbaycandadır. Ölkəmizə gələnədək əsasən Çexiyanın aşağı liqalarında işləmiş Kaşkilya indiyədək «Kəpəz» və «Araz-Naxçıvan»a «qırmaq» atıb. Lakin nə Gəncə, nə də Naxçıvan klubları onunla əməkdaşlığa maraq göstərib. Hazırda sükanı boş qalan yeganə komanda «Sumqayıt»dır - onlar Saşa İliçi sezonun sonunda vətəninə yola salıblar.
Kaşkilyanın «İmişli»yə dönmək ehtimalı isə artıq sıfıra bərabərdir. Premyer Liqada keçirdiyi ilk mövsümdə doqquzuncu pilləni tutan aranlılar iki həftədən çoxdur onunla bütün təması kəsiblər. Yerinə başqa əcnəbi axtarırlar. Hazırda dörd namizədləri var. İkisi ispaniyalıdır, digərləri isə xorvatiyalı və ukraynalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti