Millimizin yarımmüdafiəçisi İsrail klubundan təklif aldı - Cavabı nə oldu?

12 İyun 20:40 Sumqayıt 3 204
Millimizin yarımmüdafiəçisi İsrail klubundan təklif aldı - Cavabı nə oldu?

Azərbaycan millisinin üzvü üçün İsraildə oynamaq imkanı yaranıb.

Səbuhi Abdullazadə bu ölkədə legioner həyatı yaşaya bilərmiş.

Yüksək liqada mübarizə aparan “Makkabi” (Netanya) rəsmiləri Azərbaycan klubları ilə işbirliyində olan əcnəbi agent vasitəsi ilə “Sumqayıt”ın futbolçusu ilə maraqlanıb.

Səbuhiyə kifayət qədər yaxşı maliyyə şərtləri ilə təklif irəli sürülüb.

24 yaşlı yarımmüdafiəçi klubun adına diqqət yetirməyib. Ölkənin adını eşidən kimi ora yollanmaqdan boyun qaçırıb.

Bu da son vaxtlar İsraildə və yaxın ölkələrdə davam edən müharibə ilə bağlıdır.

Məhz bu səbəbdən əksər legionerlər İsrailə yollanmaqdan boyun qaçırır.

Netanya təmsilçisi başa çatan mövsümün əsas hissəsini 14 komanda arasında 7-ci pillədə başa vurub.

8 komanda arasında keçirilən pley-off mərhələsini isə 1-ci sırada tamamlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu