
“Mənim “Sumqayıt”dan ayrılmağıma səbəb rəhbərliyin qərarıdır.
Komandaya baş məşqçi təyin ediləndən vəziyyət yaxşı deyildi.
Düzdür, bir neçə tur qol vurmaqda çətinlik çəksək də, oyunumuz var idi. Həmin müddətdə böyük təcrübə topladım.
Gələcəkdə hər hansısa bir komandada “Sumqayıt”da yaşanan bəzi məqamlara imkan yaratmaram, bir çox məsələlərdə nələrə isə şans tanımaram”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsələndirilib.
Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qonaq olan futbol mütəxəssisi Vaqif Cavadov “Sumqayıt”da baş məşqçi postundan ayrılmasının səbəblərini açıqlayıb.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.
“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN