Yığmanın hücumçusu Premyer Liqamızdan Vyetnama getdi - FOTO

6 Sentyabr 2024 00:40 Sumqayıt 592
Yığmanın hücumçusu Premyer Liqamızdan Vyetnama getdi - FOTO

“Sumqayıt”ın yollarını ayırdığı Erik Sorqa karyerasını Asiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Vyetnamda oynayacaq.

Estoniya millisinin üzvü yüksək liqada çıxış edən “Ho Çi Min Siti” klubu ilə anlaşıb.

"Sumqayıt"a lazım olmayan hücumçu asiyalılarla iki illik müqaviləyə qol çəkib. Qe

Sorqa ötən yay "Lokomotiv"(Plovdiv) klubundan "Sumqayıt"a keçmişdi. Bu müddət ərzində 27 Premyer Liqa və 3 ölkə kuboku matçında meydanda olub.

24 yaşlı futbolçu bu qarşılaşmalarda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda