“Sumqayıt”ın yeni baş məşqçisinin kimliyi müəyyənləşb.
Mayın sonunda Saşa İliçlə vidalaşan «kimyaçılar» 1 aydan artıq davam edən axtarışlarını müsbət yekunlaşdıra bilib.
«Gənclik şəhəri» təmsilçisi Filipe Kandido ilə anlaşıb. Portuqaliyalı çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
46 yaşlı sükançının bu gün rəsmən ictimaiyyətə təqdim olunması gözlənilir. Çünki o, dünəndən bəri Azərbaycandadır.
2013-cü ildən məşqçilik həyatına başlayan Kandido indiyədək 9 klubda fəaliyyət göstərib.
Karyerası yalnız öz ölkəsinə bağlı olan məşqçi «Sousense», «Salqueyros», «Uniao Leyria», «Mafra», «Unaão Leyria», B-SAD, «Nasional», «Boavista-RJ» və «Pakos Ferreyra»da işləyib.
SPORTİNFO.AZ

