Samir Abasovun gecə rahat yata bilməsinin yolu

31 Yanvar 2023 09:40 Sumqayıt 672
Samir Abasovun gecə rahat yata bilməsinin yolu

Açığı, «Sumqayıt» yeni ilin ilk rəsmi oyununu da pis keçirməmişdi.

Zirədə azından 1 xal qazana bilərdilər. Kapitan (Vurğun Hüseynov) «gəmi»ni vaxtından əvvəl tərk etdi, Xəzər dənizinin soyuq sularına «qərq oldular».

«Sumqayıt» dünən yenə Xəzər dənizinin sahilində idi. Bu dəfə dənizin doğma Sumqayıtın «ayağını yuyan» sahilində.

Son pillədən uzaqlaşmaq yolunda növbəti addımı atdılar. İstəkli və bir qədər də düşünülmüş oyunun hesabına. Sürət artıb - deyəsən, Samir Abasov Antalya toplanışı zamanı fiziki hazırlığın üzərində xüsusi dayanıb.

Aleksey Baqanın vaxtında «Sumqayıt» meydanda tez yatıb, gec oyanırdı, onda da çox vaxt iş-işdən keçmiş olurdu.

Yeni gələnlər, hansılar ki. baş məşqçi onların səviyyəsindən razılıqla danışırdı, «Turan Tovuz»la matçda bunun işartıları göründü – Karim Abubakar qələbə topunu vurdu. Dieqo Karioka və Terrens Tisdel xoş təsir bağışladı.

Yalnız Musaki Muratanın adaptasiya prosesini tam keçmədiyi hiss olunur.

Yapon da tezliklə ritm tutsa, Samir Abasovun gecələr rahat yuxuya gedəcəyini güman edirəm.

Hər halda irəliyə yönəlik dəyişiklik, fərq var «Sumqayıt»da. Yenilənmiş heyətə baş məşqçinin sözü, tapşırığı daha tez çatır.

Bu, komandanın oyununa məzmun verməklə yanaşı, özünəinamını da artırır. Daha da yaxşı ola bilərmi? Bir müddət sonra.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti