"Uduzduq, amma bu, gələcəkdə bizə çox şey verəcək"

08:30 I Divizion 122
"Uduzduq, amma bu, gələcəkdə bizə çox şey verəcək"

“Baku Sportinq”in baş məşqçisi Bəxtiyar Soltanov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Kəpəz”ə qarşı keçirilən və komandasının 3:1 hesabı ilə məğlub olduğu oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

"İlk növbədə rəqib komandanı təbrik edirəm. Onlara növbəti oyunlarda uğurlar arzulayıram", – deyə Sultanov bildirib.

Baş məşqçi futbolçularının meydanda göstərdikləri mübarizədən razı qaldığını vurğulayıb. O, komandaya rəhbərlik etməyə yenicə başladığını da diqqətə çatdırıb:

"Uşaqlara oyuna görə çox sağ ol deyirəm. Sağ olsunlar. Biz cəmi iki gündür mənim rəhbərliyim altında məşqlərə başlamışıq. Buna baxmayaraq, futbolçular meydanda əzmkar mübarizə apardılar".

Soltanov məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanın komandanın gələcək çıxışlarına müsbət təsir göstərəcəyinə inandığını bildirib.

"Biz uduzduq, amma inanıram ki, bu oyun gələcək qarşılaşmalarda bizə çox şey verəcək".

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM