Baqa 2 afrikalı legioneri bəyəndi, “Sumqayıt” şərtləri razılaşdırdı

1 İyul 2022 11:20 Sumqayıt 1 512
Baqa 2 afrikalı legioneri bəyəndi, “Sumqayıt” şərtləri razılaşdırdı

Yeni mövsümdən legioner qadağası götürülən "Sumqayıt" bu istiqamətdə artıq ilk addımlarını atıb.

“Kimyaçılar”ın baş məşqçisi Aleksey Baqa ona təklif olunan afrikalılardan iksini bəyənib.

İki illik müqavilə şərtləri razılaşdırılanlardan biri sol cinah müdafiəçisi, digəri isə hücumçudur.

“Gənclik şəhəri” təmsilçisi təlim-məşq toplanışının ikinci hissəsini ölkə xaricində həyata keçirəcək.

Komanda 16 iyul tarixində iki həftəlik hazırlıq psosesi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. Legionerlər də kollektivə orada qoşulacaq.

Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq "kimyaçılar" 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”