«Qarabağ»ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev «Sumqayıt»dan dəvət alıb.
Premyer Liqa təmsilçisinin rəhbərliyi ona təklif göndərib.
İki il öncə yeni kayrerasına başlayan Medvedevdən 2 illik müqaviləyə imza atması istənilib.
Lakin millinin sabiq müdafiəçisi bu fürsəti dəyərləndirməyə ehtiyatla yanaşıb. O, Ağdam klubunda qalmağa üstünlük verib.
«Gənclik şəhəri» mənsubu hazırda axtarışlarını davam etdirir. Böyük ehtimalla, yeni sükançı əcnəbi olacaq.
Son olaraq komandanı Saşa İliç çalışdırıb. Ötən ilin iyulunda ölkəmizə gəlmiş serbiyalı mütəxəssis bu ilin mayında iş yeriylə vidalaşıb.
«Kimyaçılar» qeyri-sablit mövsüm keçirdiyi üçün balkanlı ilə müqavilənin müddəti uzadılmayıb.
SPORTİNFO.AZ

