"Bunu paltardəyişmə otağında futbolçulara da dedim ki..."

16 May 2022 02:20 Sumqayıt 804
"Bunu paltardəyişmə otağında futbolçulara da dedim ki..."

"İki gün öncə "Qarabağ"la matçda ağır məğlubiyyət almışdıq.

Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir.

Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı".

Sportinfo.az xəbər verir ki, bunları "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis komandanın sükanı arxasına keçdikdən sonra ən yaxşı oyunlarını göstərdiklərini bildirib:

"Bunu paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı.

Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqidr. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar".

41 yaşlı baş məşqçinin sözlərinə göə, indi transferlər haqqında danışmaq lazım deyil:

"Amma təlim-məşq toplanışı və heyətin gücləndirilməsi ilə bağlı müəyyən planlar var. Ümumi durumu analiz etməli, ortaq məxrəcə gəlməliyik.

Müsbət dinamika var. "Şamaxı"ilə matçdan sonra bu gün də 3 xal qazana bilərdik. Bunlar analiz üçün yaxşı məqamlardır".

Digər Xəbərlər
Xəbər Lenti