Azərbaycan klubunun prezidenti baş məşqçinin arxasınca bu ölkəyə getdi

11:20 Sumqayıt 1 332
Azərbaycan klubunun prezidenti baş məşqçinin arxasınca bu ölkəyə getdi

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Portuqaliyaya səfər edib.

2018-ci ildən «kimyaçılar»ın başında dayanan funksionerin Avropa ölkəsinə üz tutmasının səbəbi var.

O, burada baş məşqçi postuna əsas namizədlə görüşüb. Tərəflər mümkün müqavilənin şərtləri və hədəflər ətrafında geniş fikir mübadiləsi aparıb.

Anlaşma əldə olunubmu? Hələlik bu barədə dəqiq informasiya yoxdur.

Ancaq gözlənilir ki, yaxın bir neçə gün ərzində məsələyə nöqtə qoyulacaq. Ya o, ya başqası - hər halda tezliklə təyinat xəbəri yayılacaq.

Və çox güman ki, hazırda boş olan sükan arxasına əcnəbi biri əyləşdiriləcək.

«Gənclik şəhəri» təmsilçisini bu mövsüm Saşa İliç çalışdırıb. Serbiyalı çalışdıracaq komandanı avrokuboklara daşıya bilmədiyi üçün müqaviləsinin müddəti uzadılmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti