"Sportinfo” yazdı, “Sumqayıt”dan AÇIQLAMA gəldi

19 Oktyabr 2021 21:20 Sumqayıt 830
"Sportinfo” yazdı, “Sumqayıt”dan AÇIQLAMA gəldi

“Kapital Bank Arena”nın məşq meydançasının ot örtüyünün sıradan çıxdığını xəbər vermişdik.

Bir daha xatırladaq ki, qazonun sıradan çıxması, əsas meydanın qorunması səbəbindən “Sumqayıt” xeyli vaxtdır doğma şəhərindən didərgin düşüb.

Komanda məşqləri Bakıda edir, oyunlar isə “Kapital Bank Arena”da baş tutur.

Məsələyə aydınlıq gətirmək, yəni problemin hardan qaynaqlandığını və nə vaxt həllini tapacağını öyrənmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq.

Klub rəsmisi xəbərimizi təsdiqləyib, yaxın günlərdə həll olunacağını bildirdi:

“Ehtiyat meydançaya yeni toxum səpilmişdi. Buna görə də komanda bir müddət Bakıda məşq etmək məcburiyyətində qalmışdı.

Örtük normal vəziyyətə qayıtmaq üzrədir. Yaxın günlərdə komanda məşqlərini doğma Sumqayıtda keçə biləcək”.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!