COP29

Azərbaycan klubu 5 qol pası verən əcnəbi ilə müqaviləni uzatmadı

12 İyun 13:20 Sumqayıt 2 617
Azərbaycan klubu 5 qol pası verən əcnəbi ilə müqaviləni uzatmadı

"Sumqayıt" Abu Dosso ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sumqayıt” ilə Dosso arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Klub Kot d’İvuarlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Abu Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub.

28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?