"Sumqayıt"la matçda özümüzü favorit saymıram"- "Çukariçki"li

20 İyun 2021 16:40 Sumqayıt 521
"Sumqayıt"la matçda özümüzü favorit saymıram"- "Çukariçki"li

"Hazırda "Sumqayıt" barədə məlumatımız azdır.

Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Çukariçki"nin futbolçusu Asmir Kayeviç Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.

Monteneqrolu yarımmüdafiəçi heç bir rəqibə yuxarıdan-aşağı baxmadıqlarını söyləyib:

"Bilirik ki, "Sumqayıt" da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdir".

31 yaşlı futbolçu ehtiyatlı oynayacaqlarını söyləyib: "Düzdür, "Sumqayıt"la müqayisədə avrokubok təcrübəmiz çoxdur.

Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək".

komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti