"Azərbaycan komandasının formasını həmişə qürurla daşıdım"

22 Noyabr 2023 02:40 Sizdən Bizə 618
"Azərbaycan komandasının formasını həmişə qürurla daşıdım"

Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan - İsveç matçından öncə milli karyerasını bitirən futbolçulara xüsusi plaket təqdim olunub.

Sportinfo.az xəbər verir ki, onlardan biri də "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda olub.

Braziliya əsilli 34 yaşlı orta xətt oyunçusu bununla bağlı instaqram hesabında paylaşım edib:

"Azərbaycan milli komandasının formasını həmişə qürurla daşıdım və buna görə karyeramı qiymətləndirən hər kəsə xüsusi təşəkkür edirəm.

Oyundan öncə azarkeşlər önündə bizə verilən xatirə hədiyyəsinin dəyəri mənim üçün çox böyükdü. Milli komandaya bir azarkeş kimi gələcəkdə ancaq uğurlar arzulayıram".

Riçard Almeyda 2017-ci ilin mart ayında Azərbaycan millisində debüt edib. Təcrübəli futbolçu yığmanın heyətində meydana çıxdığı 31 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI