Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

21 Oktyabr 2022 12:50 Sizdən Bizə 1 144
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-yə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti