“Hanı  “Xəzər Lənkəran”, “Bakı”, “MKT Araz”? Baxırsan, ancaq “Qarabağ” çempion olur”

20 Avqust 2022 21:00 Sizdən Bizə 2 444
“Hanı  “Xəzər Lənkəran”, “Bakı”, “MKT Araz”? Baxırsan, ancaq “Qarabağ” çempion olur”

“Bilirəm ki, hazırda Azərbaycan klublarının əvvəlki maliyyə imkanları yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı keçmiş yarımmüdafiəçi Qoca Trapaidze deyib.

Vaxtilə “Karvan”ın formasını geyinmiş legioner Azərbaycan futbolunu izlədiyini bildirib. O, əksər iddialı komandaların dağılmasına təəssüflənib:

“Bizim vaxtımızda bum olmuşdu, biznesmenlər futbola diqqət ayırırdı. Görün necə komanda çempionluq uğrunda mübarizə aparırdı.

“Karvan”, “Turan”, “Neftçi”, “Qarabağ”, “İnter”, “Bakı”, “Xəzər Lənkəran”, “MKT Araz”... Bunların hamısının qarşısında çempionluq hədəfi dururdu.

İndi hansı qalıb? Baxırsan, ancaq “Qarabağ” çempion olur”.

Digər Xəbərlər
Xəbər Lenti