Qarşılıqlı razılıq əldə edilmədi - Rayondan rayona köç gerçəkləşdi

20 Noyabr 2025 19:20 Şamaxı 2 743
Qarşılıqlı razılıq əldə edilmədi - Rayondan rayona köç gerçəkləşdi

Premyer Liqanın 13-cü turundan başlayaraq “Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz”in müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Premyer Liqanın 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti