
Premyer Liqanın 24-cü turunda «Sabah»ı qəbul edən «Şamaxı» məğlubiyyətli oyunlar seriyasına son qoydu.
Aran təmsilçisi 4 turluq uğursuzluğun ardınca həftənin ən böyük sürpriz nəticəsinə imza atdı.
Cavid Hüseynovun çalışdırdığı kollektiv çempionluq uğrunda mübarizə aparan rəqibini 2:1 üstələdi.
Amil Yunanovun dublu sayəsində turnir cədvəlinin axırıncı pilləsindən qurtulan şamaxılıları rəhbərlik də sevindirib. Komanda üzvlərinə 1000 manat mükafat vəd olunub.
Normalda qələbə müqabilində ödənilən bu məbləğ 800 manatı keçmir.
Sadəcə, son həftələrdə qeydə alınan mənfi nəticələrin düşərgədə ruh düşkünlüyü yaratmasını nəzərə alan başbilənlər bu dəfə mükafatı bir qədər artırmağı lazım bilib.
SPORTİNFO.AZ