Paytaxt klubunda hadisə: Bir gözü güldü, bir gözü ağladı

5 Dekabr 2022 13:20 Şamaxı 414
Paytaxt klubunda hadisə: Bir gözü güldü, bir gözü ağladı

Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XVI turuna təsadüf edib.

“Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları qarşılaşma onun üçün 100-cü matçla əlamətdar olub.

Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Oyunçunun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Yarımmüdafiəçi 2018-ci il avqustun 12-dəki görüşdə (0:3) meydana çıxıb.

Rahid Əmirquliyev “Səbail”in heyətində Premyer Liqada 100 oyuna çıxan ilk futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"