Kefləri sazdır, qisas hissi var, 7-ci pillə onları gözləyir

28 Noyabr 2022 11:40 Şamaxı 521
Kefləri sazdır, qisas hissi var, 7-ci pillə onları gözləyir

Premyer Liqada 2 həftəlik fasilədən sonra turun ən prinsipial qarşılaşması bu gün Şamaxıda baş tutacaq.

Meydan sahibləri turnir cədvəlinin “zirzəmisində” əsas təqibçilərindən olan “Kəpəz”I qəbul edəcək.

İki bölgə təmsilçisinin bölgədəki dueli maraqla gözlənilir. Çünki qeydə alınacaq nəticə ümumi vəziyyətə təsir edəcək.

Kefləri sazdır

Hər iki komandanın yüksəlişdə olması qeyd olunması vacib məsələdir. “Şirlər” səfərdə “Turan Tovuz”u məğlub edəndən sonra “Sumqayıt”ın qapısından 4 top leçirməyi bacardı. Kubok mübarizəsi vaxtında əvvəl başa çatsa da, şamaxılılar çempionatda adından söz etdirməyi bacarır. Bu 2 qələbə Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandanı sonuncu pillədən 8-ci sıraya yüksəltdi.

“Kəpəz”in işləri isə hələ ki, yağ kimi gedir. Ölkə kubokunu da nəzərə alsaq, qərblilər son 5 oyunda yalnız son çempion “Qarabağ”a boyun əyib. “Qəbələ” və “Turan Tovuz”la heç-heçələrin üstünə “Səbail”dən alınan 3 qollu 3 xalı da əlavə etməliyik. Və ən son kubokda “Sumqayıt” üzərində qalibiyyət.

Bir sözlə, psixoloji baxımdan hər iki komandanın vəziyyəti sazdır.

Qisas hissi

“Şamaxı”nın gəncəlilərdən almaq istədiyi qisas var. Komandalar arasında sentyabrın 18-də Qəbələdə baş tutan dueldə nominal meydan sahibi “Kəpəz” rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Halbuki qonaqlar yenilgiyə layiq deyildi. “Şirlər” hesabı açandan sonra ələ düşən qol fürsətlərini qaçırmasaydı, yekunda 3 xal onların ola bilərdi. Odur ki, Əsgərlinin yetirmələri 2 ay öncəki məğlubiyyətin təsadüf olduğunu göstərməli, son matçlardakı qələbələrin davamını gətirmək haqda düşünməlidir. Həm də doğma azarkeşləri önündə.

Təcrübə, yoxsa savad?

Baş məşqçilərin dueli də oyuna rəng qatacaq. Bir tərəfdə çiyinlərində illərin təcrübəsini daşıyan Tərlan Əhmədov, digər tərəfdə futbol nəzəriyyəsinin mahiri sayılan Vüqar Əsgərli ilə motivasiya ustası Cavid Hüseynov.

İki gənc mütəxəssisin Əhmədovla taktiki savaşdan nə ilə ayrılacağını bazar ertəsi görəcəyik. Komandaların ilk görüşündə “Kəpəz”in baş məşqçisi rəqib həmkarlarını təcrübədə üstələməyi bacarmışdı.

Qalib gələn üçün 7-ci pillə

Bu oyun həm də turnir cədvəlindəki vəziyyət baxımından olduqca vacibdir. Hər iki komanda 3 xal arzusu ilə alışıb-yanacaq.

14 oyundan sonra gəncəlilər 9, şamaxılar eyni sayda görüşdən 10 xal toplamağa nail olub. 10 xala sahib “Səbail”in “Neftçi”ni rəqib meydanında məğlub etməsi çətin görünür.

Bu isə o deməkdir ki, “Şamaxı” – “Kəpəz” qarşılaşmasında qalib gələn komandanın 7-ci pillənin şəriksiz sahibinə çevrilmək ehtimalı kifayət qədər realdır.

Şamaxıda keçiriləcək məlum oyun saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"