Premyer Liqaya vida edən "Şamaxı"nın son etirazı - VİDEO

30 May 09:40 Şamaxı 1 316
Premyer Liqaya vida edən "Şamaxı"nın son etirazı - VİDEO

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Səbail»lə «Şamaxı» son turda üz-üzə gəldi.

Bayılda keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Beləcə, əyalət təmsilçisi 10-cu yeri tutaraq, elitayla vidalaşdı. Oyunboyu ciddi heç nə ilə yadda qalmayan qonaqlar özlərindən yox, hakimlərdən narazı qaldı.

İnqilab Məmmədova sərt etirazları oldu. Əsasən də indi təqdim etdiyimiz bu epizoda görə.

Kadrdan görünür ki, şamaxılılar referinin «Səbail»in qapısına penalti təyin etməsini istəyir, o isə «davam» işarəsi verir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu