"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sportinfo.az xəbrə verir ki, o, çempionatın çox gərgin keçdiyini deyib: "Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm. Məqsədimiz Azərbaycan kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm".

