“Keşlə” – “Qəbələ”: CANLI

19 May 2021 18:00 Şamaxı 1 151
“Keşlə” – “Qəbələ”: CANLI

Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, autsayder "Keşlə" "Qəbələ"ni qəbul edir. Əyalət təmsilçisi 26 xalla 6-cı, paytaxt klubu ilə 23 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Bu oyun sonuncu pillənin sahibinin adına aydınlıq gətirmək baxımından önəmlidir.

Əvvəlki 50 qarşılaşmanın 18-də "Keşlə", 14-də isə "Qəbələ" qələbə qazanıb. Topların fərqində də meydan sahibləri aşkar üstündür - 65:50.

“Keşlə”nin meydanındakı son 6 matçda hər iki komanda qol vurub. “Qəbələ” son 6 qarşılaşmada yalnız bir dəfə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti