Zaur Axundov: "Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir"

30 Aprel 2021 12:40 Şamaxı 1 149
Zaur Axundov: "Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir"

“Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib.

Funksioner çətin oyundan qalib ayrılan komandasının futbolçularına təşəkkürünü bildirib. O, əsas hədələrinin kuboku qazanmaqdan ibarət olduğunu vurğulayıb:

"Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burada 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq.

“Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir. Bizim əsas hədəfimiz də budur. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla siğortalamalıyıq.

Yenə deyirəm, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik” (report).

"Keşlə" finalda "Sumqayıt"la qarşılaşacaq. Oyun mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti