Qurbanov istefanın bir addımlığında… XƏBƏRDARLIQ OLUNDU

22 Aprel 2021 11:40 Şamaxı 2 705
Qurbanov istefanın bir addımlığında… XƏBƏRDARLIQ OLUNDU

«Keşlə» rəhbərliyi Sənan Qurbanov barədə qərarını verib.

Sportinfo.az-ıın məlumatına görə, komanda ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində dayandırarsa, onunla müqavilə uzadılmayacaq.

Fevralda görəvə gələn baş məşqçinin özü də artıq bundan məlumatlıdır. Odur ki, əl-ayağa düşüb, onun «Keşlə»yə gəlməsi üçün minnətçi düşən insanlara ağız açıb.

Qurbanov bu heyəti özünün yığmadığını, əksər legionerlərin istənilən səviyyədə olmadığını, yerli futbolçuların da bir neçəsinin düşərgədəki ab-havaanı pozmasını iddia edib və vəzifə başında qalarsa, yeni mövsüm iddialı komanda yaradacağını bildirib.

Fəqət, Qurbanovun cəhdləri hələlik heç bir nəticə verməyib. Ona elan olunub ki, yarımifnalda «Zirə»yə qalib gəlməsələr, əşyalarını toplasın və arxasına baxmadan buranı tərk etsin.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”