COP29

Yeni baş məşqçinin ilk qərarı - Axtarış gedir, amma..

15 İyun 09:40 Şamaxı 3 437
Yeni baş məşqçinin ilk qərarı - Axtarış gedir, amma..

«Şamaxı»nın Premyer Liqanın hazırlıqlarına nə vaxt start verəcəyi bəlli olub.

I Liqanın çempionu kimi elitaya geri dönən və Ayxan Abbasovu baş məşqçi postuna gətirən bölgə klubu iyulun 1-də bir araya gələcək.

Təlim-məşq toplanışının başlanğıc tarixi təsadüfən seçilməyib. Komanda hələ formalaşmayıb, seleksiya prosesi indi-indi sürət yığıb.

Ötən mövsüm aşağı liqada çıxış etmiş futbolçuların bir çoxuyla yollar ayrıldığından, yenilərin düşərgəyə cəlb olunması mütləqdir və Abbasov bu istiqamətdə əlindən gələni əsirgəmir.

Hazırlığın birinci mərhələsi Şamaxıda təşkil olunacaq. Toplanışın sonrakı mərhələsinin harada düzənlənəcəyi hələ dəqiqləşməyib.

«Şirlər» Qəbələyə də üz tuta bilər, ölkə xaricinə də. Türkiyəyə səfər istisna edilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?