Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"Bayıl Arena"da reallaşan matçda "Səbail" "Kəpəz"i qəbul edib.
Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb.
İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.
“ASCO Arena”, 500 tamaşaçı Baş hakim: Rauf Allahverdiyev Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Asiman Əzizli Dördüncü hakim: Elvin Bayramov VAR: Rauf Cabarov AVAR: Rəhman İmami Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Sarı vərəqələr: Ayman Bouali, 74 (qeyri-idman hərəkəti) // Ehtiram Şahverdiyev, 21 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 57 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Natiq Süleymanov ("Səbail"), 76 (hakimin qərarına etiraz) Qollar: Fərid Nəbiyev, 12; Gitay Sofir, 34; Ayman Bouali, 50; Suleyman Alluş, 54 Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 2 dəq.