Azərbaycanda ikinci belə bir baş məşqçi yoxdur!

17:00 Milli komanda 171
Azərbaycanda ikinci belə bir baş məşqçi yoxdur!

Azərbaycanda ikinci belə bir baş məşqçi yoxdur!

Həm yerlilər, həm də gəlib-keçmiş əcnəbilər arasında.

Qurban Qurbanova qoyuruq bir kənara.

“Qarabağ”da etdikləri kimsə ilə müqayisə olunmazdı.

Söhbət bir baş məşqçinin Azərbaycan futboluna qazandırdığı sanballı əcnəbilərdən və yerli futbolçulardan gedir.

Tez-tez məşqçilərimiz şikayətlənir - Yaxşı yerli futbolçu yoxdu.

Dərd ondadır ki, əksəriyyəti heç yaxşı əcnəbi tapıb gətirə bilmir.

Həmişə demişəm, bu bəhanədən başqa bir şey deyil. Bunu Ayxan Abbasov illərdir əməli ilə sübut edir.

Yaxşı əcnəbilər kimi, yaxşı yerliləri tapmaq üçün də görən gözün olmalıdır. Seleksiya işini ən üst səviyyədə bacarmalısan.

Bu məsələdə Ayxan Abbasov ölkədə bir nömrədir.

Öncə başlayaq onun Azərbaycan futboluna bəxş elədiyi yerli futbolçulardan:

Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Edqar Adilxanov, Faiq Hacıyev, Tellur Mütəllimov, Rüfət Abbasov, Oruc Məmmədov, Həbib İsmayılov, Ayxan Hüseynov, Rauf Rüstəmli...

Siyahını Elvin Bədəlov, Murad Xaçayev, Aydın Bayramov, Xəyal Nəcəfov, Rəhim Sadıxov və.s uzatmaq olar.

Və onun Azərbaycan futboluna gətirdiyi keyfiyyətli əcnəbi futbolçuları tanıyın:

"Şamaxı"dan 200 min manat qarşılığında "Fakel"ə transfer olunan Belajdi Pusi.

Dünya çempionatında iştiraka görə "Turan Tovuz"a 425 min manat qazandıran Roderik Miller.

400 min manat qarşılığında "Turan Tovuz"u Yaponiya klubuna dəyişən Aleks Souza.

"Şamaxı"nın 80 min manata "Turan Tovuz"a satdığı Balau.

"Turan Tovuz"dan Bolqarıstanın ÇSKA 1948 klubuna keçən Runi Eva.

"Zirə"dən 170 min manata Hindistan klubuna satılan Kervns Belfort.

"Turan Tovuz"un Liviyanın "Al Madina" klubuna transferindən 400 min manat qazandığı Otto Con.

Siyahını Aleks Serrano, Rikardo Fernandes, Denis Marandiçi, Alfons Msanqa, Leroy Mikels, Brahim Konate, Kərim Rossi kimi adlarla uzatmaq olar.

Və çalışdığı klublara baxın: Liqada qalma uğrunda mübarizə aparan "Turan Tovuz", “Şamaxı”, ortabab statusu olan “Sumqayıt” və Birinci Liqadan Premyer Liqaya yeni yüksələn “Zirə”...

Ayxan Abbasovun bu klublarda uğurlu fəaliyyətini qoyuram bir kənara, elə seleksiyası həsəd aparılmalıdır.

Kim desə ki, yaxşı yerli yoxdur, ucuz pula yaxşı legioner tapmaq olmur, aparın təqdim etdiyim siyahını həmin adamların qarşılarına qoyun...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti