“Çempionluğa iddialılardan biriyik, qələbələri sıralamaq istəyirik“

17:20 Turan 142
“Çempionluğa iddialılardan biriyik, qələbələri sıralamaq istəyirik“

“Mənə elə gəlir ki, fasilə futbolçular üçün faydalı oldu“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un qapıçısı Oleq Baklov deyib.

Tacikistan yığmasının da şərəfini qoruyan kiper bildirib ki, Premyer Liqada yaranmış 19 günlük milli fasilə komandanın xeyrinə işləyib:

“Çempionatın son turunda “Zirə“yə evdə 1:0 qalib gəldik. Psixoloji baxımdan yüksəlişdəyik.

Çempionatda yaranan təxminən üç həftəlik fasilənin “Turan Tovuz”un ziyanına işləmədiyini göstərəcəyik.

Bu, dincəlmək və bərpa olunmaq üçün yaxşı fürsət idi. Çempionluğa iddialı komandalardan biriyik. Qarşıdakı turlarda qələbələri sıralamaq istəyirik“.

Qərb təmsilçisi mövsümün ilk 6 turu ərzində 11 xal toplayıb. Kurban Berdiyevin çalışdırdığı kollektiv bu göstərici ilə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti