Tabloda millimizin, tribunada onların qələbəsi - MARAQLI VİDEO

16:40 Hadisə 166
Tabloda millimizin, tribunada onların qələbəsi - MARAQLI VİDEO

Aşağıda təqdim etdiyimiz videoda gördüyünüz mənzərə Millətlər Liqasının növbəti turu çərçivəsində keçirilənAzərbaycan – Litva oyunundan sonra 8-ci kilometr stadionunda lentə alınıb.

Kadrda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olan Litva futbolçuları və onları dəstəkləmək üçün Azərbaycana gələn azarkeşlərdir.

Maraqlıdır ki, qarşılaşmanı uduzan futbolçular oyundan sonra tribunaya yaxınlaşaraq azarkeşlərin alqışını qəbul edir, onlara təşəkkürlərini bildirirlər.

Futbolun gözəlliyi də məhz bundadır. Çünki istənilən idman növü yalnız qələbələrdən ibarət deyil.

Məğlubiyyət və heç-heçə də idmanın bir hissəsidir. Əsas məsələ isə belə anlarda azarkeşin komandasına dəstək göstərə bilməsidir.

Litvalı azarkeşlər bunu Bakıda əyani şəkildə nümayiş etdirdilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti