“Futbolçular yox, sahibkarlar ziyan görə bilər”

28 Aprel 2020 00:00 Səbail 589
“Futbolçular yox, sahibkarlar ziyan görə bilər”

“Fasilədə daha çox ailəmlə vaxt keçirdim. Lakin idman hərəkətləri də edirdim evdə, məşqdən qalmırdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Ürfan Abbasov deyib.

O, koronavirus pandemiyasına görə yaranmış fasilədən danışıb: “Düzdür, kiçik zədəm var idi və buna görə ağır məşqlər edə bilmirdim. Lakin az da olsa, özümü formada saxlamağa çalışmışam. İki həftədir ki, onlayn məşqlər var və orda da çalışırıq.

Çempionatda görəcəyik ki, vəziyyət necədir. Böyük ehtimalla oyunlara qədər bizə hazırlaşmaq üçün vaxt verəcəklər. Həmin dönəmə qədər də özümüzə gəlməyə çalışacağıq”.

Abbasov futbol üçün həddindən çox darıxdığını bildirib: “Futbol üçün həddən çox darıxmışam, çünki bu bizim həyatımızdır. Evdə qalan bunu daha çox anladım. Qaydalar yumşalır və meydana qayıtmağımız üçün ümid görünür və canla-başla məşqlərin və oyunların başlamasını gözləyirik”.

Müdafiəçi fasilədə futbolçuların formasını qoruduğuna inandığını bildirib: “Fikrimcə, bütün futbolçular öz üzərlərində işləyiblər və formadan kənarda olduqlarını düşünmürəm. Əsas nəfəs bərpa etməkdir və bunu yüngül məşqlərlə ediblər. Ümid edirəm ki, çətin olmayacaq”.

“Səbail”in üzvü maddi olaraq futbolçuların yox, sahibkarların ziyan görəcəyinbi düşündüyünü deyib: “Futbolçuların maddi olaraq hər hansı ziyan görəcəyini düşünmürəm. Daha çox digər insanlar və sahibkarlar bundan əziyyət çəkə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti