İngiltərə klubuna getmədi, Azərbaycana gəldi - FOTO

15 Aprel 2020 20:40 Səbail 749
İngiltərə klubuna getmədi, Azərbaycana gəldi - FOTO

"Everton" hazırda "Səbail"də çıxış edən Maykl Essyeni almaq istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin sabiq baş məşqçisi Devid Moyes “BeIN Sports” kanalına açıqlama verib.

57 yaşlı mütəxəssis qanalı yarımmüdafiəçini vaxtilə transfer edə bilməmələrindən məyusluq ifadə edib. Moyes Essyeni Fransanın "Bastiya" və "Lion" klublarında izlədiyini, lakin onu almaq cəhdlərinin uğursuzluqla nəticələndiyini etiraf edib.

"Everton" 2012-ci ildə yarımmüdafiəçini İngiltərənin "Çelsi" komandasında çıxış etdiyi vaxt icarə əsasında heyətinə qatmaq istəsə də, yenə buna nail ola bilməyib.

Peşəkar karyerasına “Bastiya”da başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. Hazırda "Vest Hem"in baş məşqçisi olan Devid Moyes 2002 – 2013-cü ildə "Everton"da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti