"Pul çatmır, nə edək?"

5 Fevral 2020 21:00 Səbail 1 588
"Pul çatmır, nə edək?"

"Komandamıza 4 yeni futbolçu götürmüşük, bir o qədəri də gedib. Planlaşdırdığımız transferlərin hamısını həyata keçirə bilmədik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

"Dənizçilər" qış fasiləsində Murad Qayalı ("Keşlə"), Rauf Əliyev ("Neftçi"), Peyman Keşavarz (klubsuz) və Hendrik Ekşteynlə ("Sabah") anlaşıb. Ağabala Ramazanov, Elvin Yuniszadə, Mirabdulla Abbasov və Yevgeni Koçuk isə düşərgədən ayrılıb.

Premyer Liqanın bürünc medalçısı maliyyə problemini yenə aradan qaldıra bilməyib. Hər halda Hacıyev bu səbəbdən futbolçu çatışmazlığı ilə üzləşdiklərini söyləyir:

"Legionerə 2500-3000 dollardan artıq maaş verə bilmirik. Bunu eşidənlərin çoxu heç Azərbaycana gəlmək istəmir.

Təklif olunanların isə heç də hamısı mənim xoşuma gəlmir. Uzun müddət oynamayan var, aylarla zədəsini sağaldan var.

Danışıqlar apardığımız bir legionerlə demək olar razılığa gəlmişdik. Son anda başqa ölkədən yaxşı təklif aldı, bizə "yox" dedi.

Məndən olsa, daha 1-2 mövqeyə futbolçu götürərdim. Amma pul çatmır, nə edək … Çıxış yolu? Mütləq özünəinam olmalıdır. Rəhbərlik vəziyyəti yaxşı başa düşür. Ona görə də gənclərə üstünlük verməyimi istəyirlər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı