Aftandil Hacıyevin 50-si

3 Fevral 14:31 Səbail 235
Aftandil Hacıyevin 50-si

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu Bakının “Səbail” klubunun iki üzvü üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev yetirmələrini 50-ci rəsmi matça çıxarıb. 2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis 43 çempionat, 5 kubok və 2 avrokubok görüşündə komandaya rəhbərlik edib. “Səbail” bu 50 oyundan 16-da qələbə qazanıb, 9-da heç-heçə edib və 25-ci məğlubiyyətini “Qarabağ”dan alıb – 0:1. Hacıyevin yetirmələri 48 qol vurub, 73-nü buraxıblar.

“Səbail”in futbolçusu Fəhmin Muradbəyli klub tarixinə Premyer Liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub. Yarımmüdafiəçi 2017/18 mövsümündə 13 matçda 3, 2018/19 mövsümündə 24 oyunda 3 qol vurub. Cari çempionatda 13-cü görüşünə çıxan futbolçu fərqlənməyib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 23:40 De Byazi "Zirə" - FOTO
20 Sentyabr 16:20 Ağayev Rumıniyada - FOTO
20 Sentyabr 11:40 Bir banan, bir Mahir
20 Sentyabr 11:20 Belə də olmaz - VİDEO
19 Sentyabr 22:20 Qaret Beyl "Tottenhem"də