200 min manatlıq mükafat da Premyer Liqanın ən “yazıq” komandasını “ayıltmadı”

9 May 21:20 Səbail 572
200 min manatlıq mükafat da Premyer Liqanın ən “yazıq”  komandasını “ayıltmadı”

“Səbail” Premyer Liqada qalmağı bacarsa, məşqçi və futbolçu heyəti mükafat alacaq.

Rəhbərlik komanda üzvlərini bu barədə çoxdan məlumatlandırıb.

Çempionatın ən qızğın vaxtında, təxminən bir ay əvvəl.

Bildirilib ki, hədəfin öhdəsindən gəlmək mümkün olsa, ümumi komandaya 170-200 min manat civarında “premiya” ayrılacaq.

Sözsüz, məbləğ standart olmayacaq. Hər kəsin göstərdiyi xidmət nəzərə alınacaq – birinə 5 manat çox, birinə 5 manat az.

Lakin tapşırığın öhdəsindən gəlmək heç də asan görünmür. Mövsümün başa çatmasına 3 tur qalmış sonuncu pillədəki “Səbail” əsas rəqibi “Kəpəz”dən 7 xal geridədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!