Premyer Liqa klubu millinin hücumçusunun saqqızını “oğurladı” - SON DƏQİQƏ TRANSFERİ

3 Yanvar 2025 09:00 Səbail 4 997
Premyer Liqa klubu millinin hücumçusunun saqqızını “oğurladı” - SON DƏQİQƏ TRANSFERİ

Premyer Liqada çətin günlər yaşayan «Səbail» 2025-ci ilin ilk transfer əməliyyatını başa vurmaq üzrədir.

Bu barədə klubdan saytımıza bildirilib.

Saytımıza verilən məlumata görə, baş məşqçi Cavid Hüseynov axtardığı hücumçunu Afrikada tapıb. Ötən ilin noyabrında «dənizçilər»in sükanı arxasına keçmiş mütəxəssis Ruanda yığmasının forvardını bəyənib.

Həmin legionerin adı açıqlanmasa da, qeyd olunub ki, tərəflər arasında sövdələşmə baş tutub.

«Zirə»nin formasını geyinən Ange Mutsinzinin millidəki komanda yoldaşı qarşıdakı 5 ayı Azərbaycanda keçirməyə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?