COP29

“Qərar şəxsi istəyimdir, belə olmalı idi, oldu” – İSTEFA VERƏN

6 Noyabr 01:10 Səbail 503
“Qərar şəxsi istəyimdir, belə olmalı idi, oldu” – İSTEFA VERƏN

Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra "Səbail" ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "oxu.az"a açıqlama verən Şahin Diniyev şəxsi istəyi ilə klubdan ayrıldığını bildirib:

"Qərar şəxsi istəyimdir. Belə olmalı idi, oldu.

Bu barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Səbail" klubuna mövsümün geri qalanında uğurlar arzu edirəm".

Şahin Diniyev 2022-ci ilin dekabr ayından Bayıl klubunun baş məşqçisi vəzifəsində çalışdırdı.

Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.

"Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu, "Kəpəz" isə 10-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti